Almaniya Türkiyəyə silah ixracını dayandırdı

Nəşr bildirib ki, Türkiyəyə silah ixracının dayandırlmasının arxasında Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirməsidir.
Eyni zamanda rəsmi Berlin Türkiyə ordusunun sərəncamında olan “Leopard” tanklarının modernləşdirilməsi ilə bağlı razılaşmanı da dayandırıb.
Qeyd edək ki, hazırda Türkiyə ordusu Afrin əməliyyatında Almaniya istehsalı olan “Leopard” tanklarından geniş istifadə edir.
İlkin Nəcəfzadə
AzVision.az